(+994 12) 434 74 68

GeoEngİneerİng MMC Azerİ Busİness Awwards mükafatına layİq görülübAPA.AZ / 14.01.2014

Dekabrın 14-də Bakı şəhərinin «Flame Towers» kompleksində yerləşən «Fairmont Baku» hotelində «Azeri Business Award 2013» Milli Mükafatının təqdimetmə mərasimi keçirilib.

Təqdimetmə mərasiminə 240 qonaq iştirak edib. Onların arasında diplomatlar, aparıcı iş adamları, ölkə iqtisadiyyatının müxtəlif sahələrini təmsil edən menecer və mütəxəssislər olub. Mərasimdə 25 namizəd mükafat laureatı olub.

Qeyd edək ki, mərasimdə Azərbaycanda ilk dəfə olaraq «Audi S», «Audi S5 Sportback» və artıq təqdim edilmiş «Audi S8» avtomibil modelləri nümayiş olunub.

Həmçinin, təqdim etmə mərasimi ərəfəsində hotelin foyesində laureat şirkətlərin sərgisi keçirilib. Burada qonaqlar tədbir iştirakçıları olan şirkət və təşkilatların stendlərində nümayiş olunan məhsul, xidmətləri və son nailiyyətləri ilə tanış olublar.

 

«Geon-2013» Milli Mükafatının laureatları:

1. Serbiyanın Azərbaycandakı səfiri - Zoran Vayoviç (ticari-iqtisadi əlaqələrin inkişafına töhfəsinə görə);

2. Hayati Akbaş (İlin adamı, estetik tibb)

3. «Evrascon» (Beynəlxalq nüfuz);

4. «AzVirt» (İlin biznes lideri);

5. «Bank Technique» (İlin bankı);

6. «AXA-Mbask» sığorta şirkəti (İlin sığorta şirkəti);

7. «Best Solutions» (İlin İT şirkəti);

8. İctimai Televiziya və Radio Yayımları Şirkəti (İlin televiziya və radio yayım şirkəti);

9. «AAAF-İnşaat» (İlin şirkəti, mülki tikinti);

10. «Caspian Accounting & Consulting Services» (İlin konsaltinq və audit şirkəti);

11. «Arxin-M» (İlin şirkəti, memarlıq və layihələndirmə);

12. «Atilla Trans and Services» (İlin şirkəti, rent car);

13. «Audi» (European Cars) – (İlin təqdimatı, lüks-idman avtomobili);

14. «Cybernet» (İlin İT şirkəti, elektron xidmətlər sahəsində innovativ həllər);

15. «Edem Art & Design» (Yüksək keyfiyyət standartı, İnteryer və dizayn);

16. «Bakıelektrikşəbəkə» (Bakı şəhərinin enerji sektorunun yenidən qurulmasında əldə etdiyi nailiyyətlərə görə);

17. 1№-li Çörək Zavodu (Yüksək keyfiyyət standartı, Un məmulatlarının istehsalı);

18. «Fireland Vineyards» (Yüksək keyfiyyət standartı, Şərabçılıq);

19. «Alfa Sığorta» (Dinamik inkişaf);

20. «Holcim-Azerbaijan» (Tikinti sənayesində uğurlu ticarət nişanı);

21. «Bakcell» (Ən yaxşı marketinq);

22. «AgroBioEcoTech» (Azərbaycanın aqrar sektorunda innovativ bio-texnologiyaların inkişafına töhfəsinə görə);

23. «BM Morrison Partners» (İlin hüquq şirkəti);

24. «Geo Engineering» (Geotexniki tətqiqatlar sahəsində əldə etdiyi nailiyyətlərə görə);

25. «Dell’oro Mebel» (İlin markası).