HAQQIMIZDA

GeoEngineering 2008-ci ildən, Azərbaycanda və Xəzər Regionunda ən yüksək təhlükəsizlik standartlarına, ixtisaslaşmış işçi qüvvəsinə malik olan mühəndis-geotexniki tədqiqatlar, mədən-qazma və dənizdə geotexniki tədqiqatlar aparan şirkətdir. 100-dən çox mütəxəssisimizlə, 10 ildən artıqdır ki, fəaliyyət göstəririk. Son 10 il ərzində GeoEnginering MMC, müştəriləri arasında fərq qoymadan, kiçik səhmdar müəssisələrindən tutmuş, böyük dövlət qurumlarına qədər bütün müştərilərinə müvəffəqiyyətlə xidmət etmiş və dəyər vermişdir.

 

Missiyamız: Professional işçi qüvvəmizlə müştərilərin bir nömrəli seçimi olaraq qalmaq

Hədəfimiz:  Gələcək nəsillər üçün ətraf mühiti qorumaq və qlobal səviyyədə sinfinin ən yaxşı xidmət göstərəni olaraq tanınmaq

 

Dəyərlərimiz:

Təhlükəsizlik: İşimizdə əsas öncəlik Təhlükəsizliyin ən yüksək səviyədə saxlanılması və heç bir bədbəxt hadisənin baş verməməsidir.

Keyfiyyət: Əsas diqqətimiz məlumatların əldə edilməsi, emalı   və təfsirində yüksək keyfiyyətin təminatına yönəlib.

Müştəri-yönümlülük: Uzun müddətli əməkdaşlığı davam etdirmək üçün müştərilərimizin gözləntilərini yüksək səviyədə qarşılayır və üstələyirik.

İnnovasiya- İşçilərimizin öz işlərinin daha keyfiyyətli görülməsini təmin etmək üçün onları ən son texnoloji avadanlıqla təchiz edir, yeni ideya və fürsətlərin yaranmasına yol açacaq iş mühiti yaradırıq.

 

SƏTƏMM: Yüksək keyfiyyətli xidməti qoruyub saxlamaqla bərabər, əsas diqqət etdiyimiz məqam - bütün işçilərin sağlamlığını qorumaq, əməyin təhlükəsizliyini təmin etmək, ətraf mühiti mühafizə etməkdir. Fəaliyyətimiz ərzində biz işçilərimiz, cəmiyyətimiz və ətraf mühit üçün Sıfır Zərər öhdəliyini öz üzərimizə götürmüşük. Bizə görə ən təhlükəsiz sahə - ən yaxşı sahədir.


GeoEngineering  ISO 9001:2015, ISO 14001:2015OHSAS18001:2007 standartlarında əks olunan normalara uyğun fəaliyyət göstərir. Şirkət Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyindən alınmış ISN/L-597/2016IN/L-764/2017 qeydiyyat nömrəsi olan lisenziyalar əsasında fəaliyyət göstərir.