Quruda Mühəndisi Geoloji Tədqiqat İşləri
Geoengineering
Ltd sahədən, geotexniki konsultasiya kimi
hərtərəfli geotexniki tədqiqat xidmətləri təklif edir. Quruda və
yaxınlığında aparılan geotexniki tədqiqatlarla bağlı müfəssəl məlumat çatdırmaq
üçün mütəxəssis işçi heyətimiz müştərək şəkildə fəaliyyət göstərir. Geotexniki
qazıntının məqsədi süxurların davamlılıq xüsusiyyəti və quruluşu, yeraltı
suların səviyyəsi haqqında məlumat toplamaq və texniki layihə ilə bağlı fikir
formalaşdırmaqdır. Sahədə aparılan sınaqlar, yeraltından götürülmüş torpaq nümunələri və bu nümunələrin
laboratoriyada sınaqdan keçirilməsi geotexniki tədqiqata daxildir.
Geotexniki
tədqiqat üçün sahədə aparılan sınaqlar:
·
Standart Penetrasiya Testi
·
Konus Penetrasiya Testi (Statiki Zondlama)
·
Müstəvi Yükləmə Testi
·
Kaliforniya Nisbi Dözümlülük Əmsalı Testi
·
Dinamiki Zondlama Testi
·
Torpaq Sıxlığı Testi
Kataloqu yüklə
-
Standart Penetrasiya Testi
GeoEngineering şirkəti
torpağın sıxlıq və davamlılıq əlamətlərini aşkarlamaq, laboratoriya testi və
vizual yoxlanması üçün pozulmuş torpaq nümunələri əldə etmək məqsədi ilə BS
1377:1990 standartına müvafiq olaraq Statik Zondlama Testi (SPT) həyata
keçirir.
·
Çəkicin sərbəst düşmə hündürlüyü: 75 sm və ya 300 inç
·
Çəkicin kütləsi: 140 funt və ya 63.5 kq
·
Penetrasiya: 45 sm və ya 100 zərbə
·
Maksimum zərbə sayı : 100 zərbə
-
Statik Zondlama Testi
GeoEngineering şirkəti 20 tonluq tırtıllı qaldırıcı kran və ya track-mounted cone aparatından istifadə edərək geotexniki ərazi tətqiqatları zamanı yarı
davamlı torpaq məlumatları əldə etmək üçün Statik Zondlama Testini (CPT) həyata
keçirir. Statik Zondlama Testi səsləri EN ISO 22476-1, DIN 4094-4, NFP94-119
və ASTM D5778-95 standartına uyğun olaraq elektrik zonddan istifadə edərək işləyir.
Bütün CPT qazmaları imtina edənəcən (refusal) və ya 100 metrə (300 fut) qədər
lineer metr olaraq həyata keçirilir. Zond torpağa batdıqca ölçülər davamlı olaraq
aparata göndərilir və komputerdə qeyd olunur. Ölçülər test müddətində 2.5 və ya
5 sm aralıq ilə götürülür.
-
Müstəvi Yükləmə Testi
GeoEngineering şirkəti torpağın maksimum dözümlülük
qabiliyyətini, verilmiş yükə əsasən mümkün quraşdırmanı ASTM D 1194 və ya BS
1377-9: 1990 standartına uyğun olaraq müəyyən etmək üçün Müstəvi Yükləmə Testləri
(PLT) həyata keçirir.
Lövhənin yükgötürmə qabiliyyəti
|
50 Ton
|
Sınaq lövhəsinin ölçüsü
|
300 - 600 mm
|
Quraşdırma vaxtı
|
15 dəq
|
Hidravlik
qaldırıcının yükgötürmə qabiliyyəti
|
50 Ton
|
-
Çöl Şəraitində Sıxlığın Təyini Testi
GeoEngineering şirkəti ASTM D 446-82, BS1377-44
standartlarına əsasən Sand Cone aparatından istifadə edərək torpağın vahid çəkisini
və mövcud sıxlığını müəyyən etmək üçün Çöl Şəraitində Sıxlığın Təyini Testləri (FDT) həyata keçirir.
-
Kaliforniya Nisbi Dözümlülük Əmsalının Təyini Testi
GeoEngineering şirkəti BS 1377-9: 1990 və (və ya) ASTM
D1883 standartlarına uyğun olaraq avtomagistral yolların asfalt örtüyü və alt təbəqəsininin
yük götürmə qabiliyyətini və mexaniki gücünü ölçmək üçün Kaliforniya nisbi dözümlülük əmsalı testini (CBR) tətbiq edir. Kaliforniya nisbi
dözümlülük əmsalı testi ölçüsü maksimum 20 mm olan torpaq hissəciklərinin üzərində
aparılır.
-
Dinamiki Zondlama Testi
GeoEngineering şirkəti EN 1997-1, EN 1997-2 və (və ya)
ASTM D 4633-86 göstəricilərinə əsasən torpağın penetrasiya dözümlülüyünü müəyyən
etmək üçün dinamiki zondlama testi (DPT) həyata keçirir. Test zamanı möhkəm
polad və ya çuqun 90 dərəcəlik zond buruq quyusunun dibinə salınır. Zond dəqiqədə
15-30 zərbə vurularaq torpağa batırılır və zondlamanın hər 200 mm artımında zərbələrin
sayı qeydə alınır.
-
İnklinometr Testləri
GeoEngineering ASTM D6230-13 standartına uyğun olaraq
torpaq hərəkətlərini müəyyənləşdirmək: torpaq sürüşmələri, bəndlərin sabitliyi,
qazıntılar, dəstəklər və s. üçün inklinometr testlərini aparır.