Laboratoriya Servisi

Bizim geotexniki laboratoriyamız  torpağın, suyun, dəniz suyunun və çöküntülərin Amerika Yoxlama və Materiallar Cəmiyyətinin ( ASTM), Beynəlxalq Vahidlər Sisteminin ( BS) və GOST standartalarına uyğun olaraq  tədqiqatını və sınağını yüksək profesionallıqla həyata keçirir. Laboratoriya rəhbərliyimiz  Laboratoriyanın “ Sınaq Laboratoriyası “ olduğunu təsdiq edən İSO 17025, “Sınaq Və Kalibrasiya Laboratoriyalarının Yetərliliyi Üçün Ümumi Şərtlər” standartına uyğun fəaliyyət göstərdiyi zaman keyfiyyətin ən yüksək standartlarına uyğun olaraq  təlimatlarını verir. Bundan başqa gündəlik fəaliyyətlərimizdə və iş prinsiplərimizdə  ətraf mühitlə bağlı öz öhdəçiliyimizi qarantiyaya almaq üçün biz İSO 9001, “Keyfiyyəti İdarəetmə Sistemləri Standartı”, İSO 14001, “Ətraf Mühiti İdarəetmə Sistemi” və OHSAS 18001, “Beynəlxalq Əməyin və Təhlükəsizliyin İdarəetməsi“ Standartına uyğun olaraq fəaliyyət göstəririk.

Kataloqu yüklə

  • Fiziki Xüsusiyyətlərin Təyini

    1.    Monolitlərin açılışı və təsviri

    2.    Təbii nəmliyin təyini

    3.    Həcm çəkinin təyini

    4.    Qurunt hissəciklərin sıxlığı – Xüsusi çəkinin təyini

    5.    Qranulometrik tərkibin təyini

    5.1.  Ələk üsulu

    5.2.  Hidrometriya üsulu

    6.    Plastiklik ədədinin təyini

    7.    Minimum – maksimum sıxlığın təyini

  • Mexaniki Xüsusiyyətlərin Təyini

    1.    Su Keçiricilik testi

    2.    PNQ cihazında sərbəst şişmənin təyini

    3.    Kompressiya cihazında şişmə təzyiqinin təyini

    4.    Kompressiya cihazında sıxılmanın təyini

    5.    Kəsilməyə qarşı müqavimətin təyini

    6.    Deformasiya xüsusiyyətlərinin təyini

    7.    Biroxlu sıxılma testi

    8.    Üçoxlu sıxılma testləri

    8.1.  Konsildə olunmamış Drenajsız sınaq

    8.2.  Konsildə olunmuş Drenajsız sınaq

    8.3.  Konsildə olunmuş Drenajlı sınaq

    9.    Optimal nəmlikdə maksimal sıxlığın təyini

    10.  Kaliforniya nisbi dözümlülük əmsalının təyini

    11.  Bir nöqtəvi yükləmə sınağı

  • Kimyəvi Xüsusiyyətlərin Təyini

    1.    Korbonatlığın təyini

    2.    Üzvi maddələrin təyini

    3.    Suyun kimyəvi xüsusiyyətlərinin təyini

  • Paleontoloji üsulla süxurların geoloji yaşının müəyyən edilməsi

    1.    Mikropaleontoloji Test