Mədən Qazması
GeoEngineering, mədən qazma şirkətlərinə xammalın
yüksək keyfiyyətlə və təhlükəsiz bir şəkildə tədqiqatının və çıxarılmasının təminatını
verir. İxtisaslaşmış komandamız tarixi mədənçilik işlərinin və mədən girişlərinin
ölçüsünü, vəziyyətini və təbiətini qiymətləndirir. Xidmətlərimizə layihə idarəçiliyi,
məlumatların əldə edilməsi, tədqiqat, təfsir və görüntüləmə daxildir. Mədən qazma
üzrə tədqiqatların əsas vəzifəsi mineral ehtiyatlarını, mineralların struktur
vəziyyətini və mədən yataqlarının
strukturunu hesaba almaqdır. Mədən qazma işlərimiz müasir hidravlik qazma
qurğularında “Wireline” sistemi ilə aparılır. Buruq qazma diametri PQ, HQ və
NQ, buna uyğun olaraq quyu diametrləri 122.6 mm, 96.0 mm və 75.7 mm, müvafiq nümunə
diametrləri isə 85mm, 63.5 mm yaxud 47.6 mm olacaq. Qazma bucaqları: Yerüstü
buruq qazma işlərində 350 - 900, yeraltı buruq qazma işləri
üçün isə 00 - 3600 təşkil edir.