Ekoloji Tədqiqatlar
Yeraltı
materialın keyfiyyətinə nəzarət etmək və bu materialdakı çirklənməni aradan
qaldırmaq üçün geotexniki qazma metodlarının peşəkar səviyyədə tətbiq olunması ətraf mühitlə
bağlı tədqiqatlarımıza daxildir. Tədqiqatlarımızda quyular qazılaraq yerin müxtəlif
qatlarından torpaq nümunələri götürülərək kimyəvi analizlər üçün laboratoriyaya
göndərilir. Bundan əlavə standart penetrasiya və torpaq və ya qayanın daxilindən
nümunələrin götürülməsi də daxildir. Şirkətimiz ənənəvi qazma metodu və
yeraltı radarlar vasitəsilə torpağın və ətraf-mühitin tədqiqatı ilə bağlı xidmət
göstərir.
· Sahədə ətraf-mühitlə bağlı məlumatın əldə olunması, dözümlülüyün nəzarətdə saxlanması və bunla bağlı hesabat verilməsi
· Çirklənmə ilə bağlı tədqiqat və nümunə götürmə
· Yeraltı sulara nəzarət və yeraltı çirkab suların dəyərləndirilməsi
· Qaz monitorinq quyularının tərtibatı və quraşdırılması
· Sahədə qaz sızması testi
· Hidrogeoloji tədqiqatlar və modelin tərtib olunması
· Fövqəladə halların öncədən təxmin olunub xəbərdarlıq edilməsi
·
Tullantıların idarə olunması