Dəniz (göllərdə) Mühəndisi Geotexniki Tədqiqatlar
         
        Məqsədimiz dənizdə geotexniki xidmətlərin  təminatı üzrə aparıcı rol oynamaqdır. Xüsusi
geotexniki qazma gəmiləri istifadə edərək 
xidmətlərin sürətli şəkildə yerinə yetirilməsinə qarantiya veririk. Bu
xidmətlərə aşağıdakılar daxildir:
·        
Batimetrik Tədqiqat
·        
Side Scan Sonar Tədqiqatı
·        
Maqnitometriya Tədqiqatı
·        
Seysmik Statik Zondlama Testləri
·        
Pozulmuş Torpaq Nümunələrinin Alınması
·        
Pozulmamış Torpaq Nümunələrinin Alınması
         Kataloqu yüklə
        
        
        
            
            
                
                        - 
                            Hidroqrafik (Batimetrik) Tədqiqatlar Geoengineering  dənizçilik layihələrində sualtının fiziki
xüsusiyyətlərini müəyyənləşdirmək üçün bir çox hidroqrafik və batimetrik xidmətlər
təklif edir. Hidroqrafik tədqiqatlar “Matrix” exolot cihazı əsasında aparılır. Biz müntəzəm olaraq dəniz xəritələmə
üçün yüksək çözümlü tədqiqatlar həyata keçiririk.  Beynəlxalq Hidroqrafiya Təşkilatı (BHT)
Xüsusi Sifariş xüsusiyyətlərinin müəyyənləşdirdiyi kimi hədəfin müəyyənləşdirilməsi üçün səsin
sıxlığı və əhatə dairəsinin təmin
olunması baxımından yüksək keyfiyyətli onlayn nəzarət bizim üçün vacibdir.
 
 
- 
                            Side-Scan Sonar Tədqiqatlar Biz okean yatağında sualtı səs
vizualizasiya, borukəməri və sualtı qurğular kimi obyektləri təftiş etmək üçün
Side-scan sonar tədqiqatı təklif edirik. 
Araşdırmalar hidromaqnetik tədqiqatlarla birgə xətt şəbəkəsi boyunca
ölçülən exolotla  həyata keçirilir.  Biz 2007 ABŞ istehsalı Teledyne Benthos şirkətinə
məxsus sonar və 330 kHs-1250 kHs arasında dəyişən tezlik üzrə bir neçə sistem
işlədirik. Sonoqramlara əsasən  su hövzələrinin
dibində tapılan obyektləri görmək, yerini təyin etmək və ölçmək mümkündür.
 
 
- 
                            Maqnitometr Tədqiqatları Geoengineering qatı dəmir kütləsinin yerini
təyin etmək və maqnetik sahəni ölçmək üçün maqnitometr tədqiqatları təklif
edir. Maqnetik tədqiqatlar exolot və gəmidən seysmik akustik profillə birgə
aparılır.  Biz maqnitometr tədqiqatlar əsnasında
yüksək keyfiyyətli və etibarlı nəticələri əldə 
etmək üçün “Sea Spy Marine” maqnitometrinə sərmayə qoymuşuq. 
 
 
- 
                            Seysmik Statik Zondlama Testi Geoengineering  yeraltı torpaq şəraitini dəqiq və sürətlə müəyyənləşdirmək
üçün Manta Seysmik
Statik Zondlama Sistemi ilə birgə Seysmik Statik Zondlama testi həyata keçirir.
Bu sistem su yatağında 500 metr dərinliyə qədər 5 sm2- 15sm2 zondun 20 m – dən yuxarı zondlamaya
imkan verir. Seysmik Statik Zondlama testindən əldə olunan  dalğa sürəti və modulları torpağın mayeləşdirilməsinə  və dərinlik funksiyası olaraq dalğa sürətini
təmin etməklə səthi seysmik tədqiqatların təfsirinə kömək edir.   Qoruyucu çərçivənin  bəzi xüsusiyyətləri aşağıdakılardır: -       Çəki : 5500 kq – 22000kq -       Uzunluq: 2.2 m – 3.0 m -       En : 2.2 m – 3.0 m 
 -       Hündürlük : 3.3 m