Svayların Qazılması və Quraşdırılması

Müasir tikinti layihələrinin əksəriyyətində bünövrənin, yamacların yükdaşıma qabiliyyətini və dayanıqlılığının artırılması üçün dəmir-beton konstruksiyalı svaylardan istifadə edirik. Svayları müxtəlif dərinlikdə, diametrdə layihələndirilmə ilə bərabər, müxtəlif dəmir konstruksiyalı dizayn edirik. Bunun üçün ərazinin dəqiq mühəndisi-geotexniki tədqiqatlarını aparırıq. Dediklərimizlə bərabər yamacların möhkəmləndirilməsi üçün “MÜSTƏVİ SVAY” (SHEET PİLİNG) metodundan istifadə edirik. Sheet pilingdə lövhələrin seçimi apardığımız mühəndis geotexnik tədqiqatlarından sonra həyata keçirilir. Bəzi hallarda yük daşıyan laylarda təbii və geoloji proseslər nəticəsində boşluqlar mövcud olur ki, həmin boşluqları da “Yüksək təzyiqli sement məhlulu vurma” (JET QRAUNT) metodu ilə möhkəmləniririk.


Kataloqu yüklə